×
الفاتحةAyə 7

Muxtəsər təfsir

صِرَٰطَ ٱلَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيْرِ ٱلْمَغْضُوبِ عَلَيْهِمْ وَلَا ٱلضَّآلِّينَ ﴿٧﴾

Bizi hidayət neməti bəxş etdiyin Peyğəmbərlər, Siddqlər, Şəhidlər və Saleh qulların yoluna yönəlt. Onlar necə də gözəl yoldaşlardır! Yəhudilər kimi haqqı bilib ondan üz çevirərək qəzəbə düçar olmuşların və nasranilər kimi haqqı araşdırmaqdan üz çevrən azğınların yoluna yönəltmə.