Muxtəsər təfsir
قُلِ ٱنظُرُوا۟ مَاذَا فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۚ وَمَا تُغْنِى ٱلْـَٔايَـٰتُ وَٱلنُّذُرُ عَن قَوْمٍ لَّا يُؤْمِنُونَ ﴿١٠١﴾
Ey Peyğəmbər! Səndən Allahın ayələri barədə soruşan müşriklərə de: "Göylərdə və yerdə Allahın təkliyinə və qüdrətinə dəlalət edən ayələri bir düşünün! Küfr əməllərdə israr etdikləri üçün iman gətirməyə hazır olmayan kimsələrə ayələrin, dəlillərin və elçilərin göndərilməsi heç bir fayda verməz.