Muxtəsər təfsir
وَيَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ مَا لَا يَضُرُّهُمْ وَلَا يَنفَعُهُمْ وَيَقُولُونَ هَـٰٓؤُلَآءِ شُفَعَـٰٓؤُنَا عِندَ ٱللَّهِ ۚ قُلْ أَتُنَبِّـُٔونَ ٱللَّهَ بِمَا لَا يَعْلَمُ فِى ٱلسَّمَـٰوَٰتِ وَلَا فِى ٱلْأَرْضِ ۚ سُبْحَـٰنَهُۥ وَتَعَـٰلَىٰ عَمَّا يُشْرِكُونَ ﴿١٨﴾
Müşriklər Allahı qoyub özlərinə nə bir zərər, nə də bir fayda verə bilən, özlərindən uydurduqları batil bütlərə ibadət edirlər. Haqq məbud isə istədiyi vaxt zərər və ya fayda verməyə qadir olandır. Müşriklər özlərinə haqq qazandıraraq ibadət etdikləri bütlər barədə: "Onlar Allah bizə günahlarımıza görə əzab verməsin deyə, Allahla bizim aramızda olan vasitəçilərimizdir!" – deyirlər. Ey Peyğəmbər! Onlara de: "Yoxsa Allaha göylərdə və yerdə Onun şəriki olmadığını bilmədiyi bir halda hər bir şeyi bilən Allaha Onun şəriki olduğunumu xəbər verirsiniz? Allah müşriklərin batil və yalan sözlərindən uca və müqəddəsdır".