×
يونسAyə 45

Muxtəsər təfsir

وَيَوْمَ يَحْشُرُهُمْ كَأَن لَّمْ يَلْبَثُوٓا۟ إِلَّا سَاعَةً مِّنَ ٱلنَّهَارِ يَتَعَارَفُونَ بَيْنَهُمْ ۚ قَدْ خَسِرَ ٱلَّذِينَ كَذَّبُوا۟ بِلِقَآءِ ٱللَّهِ وَمَا كَانُوا۟ مُهْتَدِينَ ﴿٤٥﴾

Allah qiyamət günü insanları haqq-hesab üçün bir yerə top­la­yacağı gün, sanki onlar dünya həyatlarında və yaxud qəbirlərində gün­düzün ancaq bir saatını yaxud da bundan da daha az bir müddət qalmışlar kimi, o gün bir-birlərini ta­nı­yacaqlar sonra qiyamətin dəhşətindən sanki bir-birlərini tanımırlar kimi bir-birlərindən uzaq duracaqlar. Qiyamət günü Allahla qar­şı­laşacaqlarını yalan sayan­lar mütləq zi­ya­na uğrayacaq­lar. On­lar dünyada ikən qəbirlərindən dirilib çıxacaqları günə inanmadıqları üçün canlarını Allahın əzabından qurtara bilmədilər.