Muxtəsər təfsir
أَثُمَّ إِذَا مَا وَقَعَ ءَامَنتُم بِهِۦٓ ۚ ءَآلْـَٔـٰنَ وَقَدْ كُنتُم بِهِۦ تَسْتَعْجِلُونَ ﴿٥١﴾
Sizə vəd olunduğu əzab başınızın üstünü aldıqdan sonramı ona iman gətirəcəksiniz? Əvvəlcə iman gətirməmiş şəxsə sonrakı iman gətirməsi heç bir fayda verməz. Yoxsa siz indimi iman gətirirsiz? Siz ki, bundan əvvəl haqqı yalan sayaraq əzabın sizə tez bir zamanda gəlməsini istəyirdiniz!"