×
يونسAyə 54

Muxtəsər təfsir

وَلَوْ أَنَّ لِكُلِّ نَفْسٍ ظَلَمَتْ مَا فِى ٱلْأَرْضِ لَٱفْتَدَتْ بِهِۦ ۗ وَأَسَرُّوا۟ ٱلنَّدَامَةَ لَمَّا رَأَوُا۟ ٱلْعَذَابَ ۖ وَقُضِىَ بَيْنَهُم بِٱلْقِسْطِ ۚ وَهُمْ لَا يُظْلَمُونَ ﴿٥٤﴾

Əgər Allaha şərik qoşan insan yer üzün­də olan ən dəyərli mal-dövlətin hamısına sa­hib olsaydı, sonra da öz canını Allahın əzabından qurtarmaq üçün sahid olduğu bütün mal-dövlətini fidyə verməyə ona izin verilsəydi, o, müt­ləq canını əzab­­dan qur­tarmaq üçün sahib olduğu bütün dəyərli mal-dövlətin hamısına fid­yə ve­rər­di. Müşriklər qiyamət günü əzabı gördükdə, dünyada ikən etdikləri küfr əməllərinə görə peşman olduqlarını gizlətməyə çalışacaqlar. Allah onla­rın arasında əda­lətlə hökm ve­ri­lər və onlara əsla zülm edilməz. Qiyamət günü hər kəsə dünyada etdiyi əməlin müqabilini veriləcəkdir.