Muxtəsər təfsir
لَهُمُ ٱلْبُشْرَىٰ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا وَفِى ٱلْـَٔاخِرَةِ ۚ لَا تَبْدِيلَ لِكَلِمَـٰتِ ٱللَّهِ ۚ ذَٰلِكَ هُوَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ ﴿٦٤﴾
Dünya həyatında, onları sevindirəcək gözəl yuxu, yaxud da insanların onları tərifləməsi kimi onlar üçün müjdə vardır, ruhları canlarından alınarkən, öldükdən sonra və məhşərdə mələklər tərəfindən də onlara bir müjdə vardır. Allahın onlara vəd etdiyinə əsla dəyişiklik olmaz. Bu mükafat, istədiklərinə nail olub, qorxduqları şeydən əmin olduqları üçün böyük xoşbəxtlikdir.