Muxtəsər təfsir
إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةً لِّمَنْ خَافَ عَذَابَ ٱلْـَٔاخِرَةِ ۚ ذَٰلِكَ يَوْمٌ مَّجْمُوعٌ لَّهُ ٱلنَّاسُ وَذَٰلِكَ يَوْمٌ مَّشْهُودٌ ﴿١٠٣﴾
Uca Allahın, əhalisi zalım olan məmləkəti ağrılı-acılı və şiddətli bir əzabla yaxalamasında, Qiyamət gününün əzabından qorxanlar üçün bir ibrət və öyüd-nəsihət vardır. Bu, uca Allahın insanları haqq-hesab etmək üçün bir yerə toplayacağı gündür. O gün, həm də, məhşər əhlinin şahid olacağı bir gündür.