Muxtəsər təfsir
أُو۟لَـٰٓئِكَ ٱلَّذِينَ لَيْسَ لَهُمْ فِى ٱلْـَٔاخِرَةِ إِلَّا ٱلنَّارُ ۖ وَحَبِطَ مَا صَنَعُوا۟ فِيهَا وَبَـٰطِلٌ مَّا كَانُوا۟ يَعْمَلُونَ ﴿١٦﴾
Bu çirkin xislətlərə sahib olan kimsələr üçün Qiyamət günü daxil olacaqları oddan başqa heç bir pay yoxdur. Onların dünyada etdikləri əməllərinin savabı elə dünyada ikən boşa çıxmış və puç olmuşdur. Çünki onlar, bu əməlləri etdikdə Allaha iman gətirməmişdilər və bu əməllər səbəbi ilə Allahın razılığını qazanmaq və Cənnəti arzulayaraq doğru bir niyyət ilə etməmişdilər.