Muxtəsər təfsir
فَقَالَ ٱلْمَلَأُ ٱلَّذِينَ كَفَرُوا۟ مِن قَوْمِهِۦ مَا نَرَىٰكَ إِلَّا بَشَرًا مِّثْلَنَا وَمَا نَرَىٰكَ ٱتَّبَعَكَ إِلَّا ٱلَّذِينَ هُمْ أَرَاذِلُنَا بَادِىَ ٱلرَّأْىِ وَمَا نَرَىٰ لَكُمْ عَلَيْنَا مِن فَضْلٍۭ بَلْ نَظُنُّكُمْ كَـٰذِبِينَ ﴿٢٧﴾
Onun qövmünün kafir zadəganları belə dedilər: "Biz sənin dəvətinə əsla cavab verməyəcəyik, çünki sənin bizdən heç bir üstünlüyün yoxdur. Sən də bizim kimi sadəcə bir insansan. Biz sənə tabe olanların bizim aşağı təbəqəmizdən olan kimsələrin olduğunu görürük. Həmçinin bizim sizə tabe olmağımız üçün siz bizdən şərəf, mal-dövlət və şan-şöhrət baxımından da üstün deyisiniz. Əksinə, biz sizi bu iddianızda yalançı olduğunuzu zənn edirik".