Muxtəsər təfsir
وَقِيلَ يَـٰٓأَرْضُ ٱبْلَعِى مَآءَكِ وَيَـٰسَمَآءُ أَقْلِعِى وَغِيضَ ٱلْمَآءُ وَقُضِىَ ٱلْأَمْرُ وَٱسْتَوَتْ عَلَى ٱلْجُودِىِّ ۖ وَقِيلَ بُعْدًا لِّلْقَوْمِ ٱلظَّـٰلِمِينَ ﴿٤٤﴾
Tufan bitdikdən sonra Allah yerə belə buyurdu: "Ey yer, üzərində qalan tufanın suyunu ud!" Sonra göyə belə dedi: "Ey göy, yağışını saxla, daha yağış endirmə!" Beləliklə də, yer üzü quruyana qədər su çəkildi və Allah yer üzündəki kafirləri məhv etdi. Nəhayət, gəmi Cudi dağı üzərində qərar tutdu. Sonra deyildi: "Küfr əməllər etməklə Allahın hüdudlarını aşanlar Allahın rəhmətindən uzaq olsunlar, məhv olsunlar!"