Muxtəsər təfsir
قَالَ رَبِّ إِنِّىٓ أَعُوذُ بِكَ أَنْ أَسْـَٔلَكَ مَا لَيْسَ لِى بِهِۦ عِلْمٌ ۖ وَإِلَّا تَغْفِرْ لِى وَتَرْحَمْنِىٓ أَكُن مِّنَ ٱلْخَـٰسِرِينَ ﴿٤٧﴾
Nuh - aleyhissəlam - dedi: "Ey Rəbbim! Bundan sonra bilmədiyim bir şeyi Səndən istəməkdən Sənə sığınıram. Əgər sən mənim günahlarımı bağışlamasan və Öz rəhmətinlə mənə mərhəmət göstərməsən, axirət payını əldən verib ziyana uğrayan kimsələrdən olaram".