Muxtəsər təfsir
يَـٰقَوْمِ لَآ أَسْـَٔلُكُمْ عَلَيْهِ أَجْرًا ۖ إِنْ أَجْرِىَ إِلَّا عَلَى ٱلَّذِى فَطَرَنِىٓ ۚ أَفَلَا تَعْقِلُونَ ﴿٥١﴾
Ey qövmüm! Mən, Rəbbimin dinini sizə təbliğ etdiyimə və sizi Rəbbimin yoluna çağırdığıma görə sizdən heç bir qarşılıq istəmirəm. Mənim mükafatım ancaq məni yaradan Allaha aiddir. Məgər siz bunu anlayıb, mənim sizi dəvət etdiyimə cavab verməyəcəksiniz?!