Muxtəsər təfsir
قَالُوا۟ يَـٰهُودُ مَا جِئْتَنَا بِبَيِّنَةٍ وَمَا نَحْنُ بِتَارِكِىٓ ءَالِهَتِنَا عَن قَوْلِكَ وَمَا نَحْنُ لَكَ بِمُؤْمِنِينَ ﴿٥٣﴾
Hudun qövmü ona belə dedi: "Ey Hud! Bizim sənə iman gətirməyimiz üçün sən bizə açıq-aydın bir dəlil gətirmədin. Elə buna görə də biz, sənin dəlilsiz sözünə inanıb öz ilahlarımıza ibadət etməyi tərk edən deyilik. Biz sənin Allahın elçisi olduğun iddiana da inanmırıq.