×
هودAyə 70

Muxtəsər təfsir

فَلَمَّا رَءَآ أَيْدِيَهُمْ لَا تَصِلُ إِلَيْهِ نَكِرَهُمْ وَأَوْجَسَ مِنْهُمْ خِيفَةً ۚ قَالُوا۟ لَا تَخَفْ إِنَّآ أُرْسِلْنَآ إِلَىٰ قَوْمِ لُوطٍ ﴿٧٠﴾

İbrahim onların qızardılmış buzova əl vur­madıqlarını və yeməkdən yemədiklərini gördük­də onların belə etməsi İbrahimin xoşu­na gəl­mədi və onlardan qorxduğunu qəlbində gizlədib onlara bildirmədi. Mələklər İbrahimin onlardan qorxduğunu ğördükdə, ona belə dedilər: "Bizdən qorx­ma! Allah bizi Lut qövmünə əzab vermək üçün göndərmişdir".