Muxtəsər təfsir
رَبِّ قَدْ ءَاتَيْتَنِى مِنَ ٱلْمُلْكِ وَعَلَّمْتَنِى مِن تَأْوِيلِ ٱلْأَحَادِيثِ ۚ فَاطِرَ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ أَنتَ وَلِىِّۦ فِى ٱلدُّنْيَا وَٱلْـَٔاخِرَةِ ۖ تَوَفَّنِى مُسْلِمًا وَأَلْحِقْنِى بِٱلصَّـٰلِحِينَ ﴿١٠١﴾
Sonra Yusif Rəbbinə dua edərək belə dedi: "Ey Rəbbim! Sən mənə Misirin mülklünü bəxş etdin və mənə yuxu yozmağı öyrətdin. Ey göyləri və yeri misilsiz xəlq edən! Dünyada da, axirətdə də bütün işlərimə hamilik edən Sənsən. Ömrüm sona çatdıqda və əcəlim yetişdikdə, canımı müsəlman olduğum halda al və məni Cənnətin ən üstün təbəqəsi olan Firdovsda atalarımdan və başqalarında olan saleh peyğəmbərlərə qovuşdur!"