×
يوسفAyə 109

Muxtəsər təfsir

وَمَآ أَرْسَلْنَا مِن قَبْلِكَ إِلَّا رِجَالًا نُّوحِىٓ إِلَيْهِم مِّنْ أَهْلِ ٱلْقُرَىٰٓ ۗ أَفَلَمْ يَسِيرُوا۟ فِى ٱلْأَرْضِ فَيَنظُرُوا۟ كَيْفَ كَانَ عَـٰقِبَةُ ٱلَّذِينَ مِن قَبْلِهِمْ ۗ وَلَدَارُ ٱلْـَٔاخِرَةِ خَيْرٌ لِّلَّذِينَ ٱتَّقَوْا۟ ۗ أَفَلَا تَعْقِلُونَ ﴿١٠٩﴾

Ey Peyğəmbər! Biz səndən əvvəl də mələklərdən deyil insanlardan olan neçə-neçə peyğəmbərlər göndər­dik. Biz sənə vəhy etdiyimiz kimi onlarada vəhy etdik. Onlar heç də səhrada yaşanan bədəvi insanlardan deyildilər, əksinə, elə şəhərdə yaşayan insanlardan idilər. Buna rəğmən qövmü onları yalançı saydı. Biz də buna görə onları məhv etdik. Məgər səni yalançı sayan o kimsələr yer üzün­də gəzib-dolaşıb öz­lərindən öncəkilərin peyğəmbərləri yalan saydıqlarına görə onların sonunun necə ol­du­ğunu görüb və bundan bir ibrət almırlar?! Əlbəttə, Axirət yurdunda olan nemətlər, dünya həyatında Allah­­dan qorxan təqva sahibləri üçün daha xe­­yir­li­dir. Məgər siz Allahın əmrlərini yerinə yetirib -bunun ən əzəmətlisi Uca Allaha iman gətirməkdir- qadağalarından çəkinərək -bunun ən böyükü Allaha şərik qoşmaqdır- Allahdan qorxmağın sizin üçün daha xeyirli olduğunu anlamırsınızmı?!