×
يوسفAyə 111

Muxtəsər təfsir

لَقَدْ كَانَ فِى قَصَصِهِمْ عِبْرَةٌ لِّأُو۟لِى ٱلْأَلْبَـٰبِ ۗ مَا كَانَ حَدِيثًا يُفْتَرَىٰ وَلَـٰكِن تَصْدِيقَ ٱلَّذِى بَيْنَ يَدَيْهِ وَتَفْصِيلَ كُلِّ شَىْءٍ وَهُدًى وَرَحْمَةً لِّقَوْمٍ يُؤْمِنُونَ ﴿١١١﴾

Peyğəmbərlərin, onların ümmətlərinin həmçinin Yusifin və onun qardaşlarının rəvayətlərində sağlam ağıl sa­hiblərinin ibrət almaları üçün öyüd-nəsihətlər var­dır. Quranda, Allah adından yalan və ya uydurulmuş bir kəlam əsla ola bilməz. Lakin o, Allah tərəfindən nazil edilən səmavi kitabları təsdiqlə­yən, şəri əhkamlardan və hökmlərdən qulların açıqlamasına ehtiyac duyulan hər şeyi təfsilatlı bir şəkildə izah edən, hər bir xeyirə yönəldən və ona iman gətirən qövmə bir rəhmərdir. Çünki məhz bu kimsələr, Quranda olanlardan faydalanan kimsələrdir.