Muxtəsər təfsir
وَٱسْتَبَقَا ٱلْبَابَ وَقَدَّتْ قَمِيصَهُۥ مِن دُبُرٍ وَأَلْفَيَا سَيِّدَهَا لَدَا ٱلْبَابِ ۚ قَالَتْ مَا جَزَآءُ مَنْ أَرَادَ بِأَهْلِكَ سُوٓءًا إِلَّآ أَن يُسْجَنَ أَوْ عَذَابٌ أَلِيمٌ ﴿٢٥﴾
Yusif canını qadından qurtarmaq üçün, qadında onun otaqdan çıxmasına mane olmaq üçün onların hər ikisi bir-birini qabaqlayaraq qapıya tərəf qaçdılar. Qadın onun otaqdan çıxmasına mane olsun deyə Yusifin köynəyini arxa tərəfindən tutub cırdı. Bu zaman onlar qapının yanında qadının əri ilə rastlaşdılar. Belə olduqda Əzizin arvadı hiyləğərliyə əl ataraq Əzizə belə dedi: "Ey Əziz! Sənin ailənə qarşı fahişə əməl etməyə cürət edən bir kimsənin cəzası ya zindan salınmaq, ya da ağrılı-acılı bir əzaba düçar olmalıdır!".