Muxtəsər təfsir
قَالَتْ فَذَٰلِكُنَّ ٱلَّذِى لُمْتُنَّنِى فِيهِ ۖ وَلَقَدْ رَٰوَدتُّهُۥ عَن نَّفْسِهِۦ فَٱسْتَعْصَمَ ۖ وَلَئِن لَّمْ يَفْعَلْ مَآ ءَامُرُهُۥ لَيُسْجَنَنَّ وَلَيَكُونًا مِّنَ ٱلصَّـٰغِرِينَ ﴿٣٢﴾
Əzizin arvadı qadınların düşdükləri bu halı görüncə onlara belə dedi: "Onu sevdiyimə görə mənə eyib etdiyiniz gənc oğlan bax budur! Mən onu aldadıb yoldan çıxartmağa çalışdım, o isə imtina etdi. Əgər o, bir daha mənim istədiyimi etməzsə, o mütləq zindana atılacaq və zəlillərdən olacaqdır".