Muxtəsər təfsir
وَقَالَ ٱلَّذِى نَجَا مِنْهُمَا وَٱدَّكَرَ بَعْدَ أُمَّةٍ أَنَا۠ أُنَبِّئُكُم بِتَأْوِيلِهِۦ فَأَرْسِلُونِ ﴿٤٥﴾
Zindandan xilas olan o iki nəfərdən şərab paylayanı uzun bir müddətdən sonra Yusifin - aleyhissəlam - yuxu yoza bildiyini xatırlayıb dedi: "Mən hökmdarın gördüyü yuxunun yozumunu, yuxu yoza bilən bir kimsədən soruşduqdan sonra sizə xəbər verə bilərəm. Ey hökmdar! Gördüyün yuxunu yozmaq üçün məni Yusifin yanına göndərin!"