Muxtəsər təfsir
وَمَآ أُبَرِّئُ نَفْسِىٓ ۚ إِنَّ ٱلنَّفْسَ لَأَمَّارَةٌۢ بِٱلسُّوٓءِ إِلَّا مَا رَحِمَ رَبِّىٓ ۚ إِنَّ رَبِّى غَفُورٌ رَّحِيمٌ ﴿٥٣﴾
Əzizin arvadı sözünə davam edib dedi: "Mən günaha meyil etdiyimə görə özümə bəraət qazandırıb, nəfsimi təmizə çıxarmaq istəmirəm. Çünki, Allahın rəhm edib pis əməllərdən qoruduğu kəslər müstəsna olmaqla, insanın nəfsi daim ona istədiyi şeylərə meyil etdirir və nəfsi də bu şeylərdən çəkindirmək çox çətindir. Həqiqətən, Rəbbim Ona tövbə edən qullarını bağışlayandır və onlara qarşı rəhmlidir".