Muxtəsər təfsir
فَلَمَّا رَجَعُوٓا۟ إِلَىٰٓ أَبِيهِمْ قَالُوا۟ يَـٰٓأَبَانَا مُنِعَ مِنَّا ٱلْكَيْلُ فَأَرْسِلْ مَعَنَآ أَخَانَا نَكْتَلْ وَإِنَّا لَهُۥ لَحَـٰفِظُونَ ﴿٦٣﴾
Onlar atalarının yanına qayıtdıqda, Yusifin onlara gözəl bir şəkildə xidmət etdiyini danışaraq atalarına belə dedilər: "Atacan! Əgər qardaşımızı özümüzlə aparmasaq, bundan sonra bizə ərzaq verilməyəcək. Elə isə onu bizimlə göndər. Əgər sən onu bizimlə göndərsən, biz yenə də ərzaq ala bilərik. Şübhəsiz ki, biz onun sənə sağ-salamat qayıdana qədər qoruyacağımıza söz veririk".