Muxtəsər təfsir
قَالُوٓا۟ إِن يَسْرِقْ فَقَدْ سَرَقَ أَخٌ لَّهُۥ مِن قَبْلُ ۚ فَأَسَرَّهَا يُوسُفُ فِى نَفْسِهِۦ وَلَمْ يُبْدِهَا لَهُمْ ۚ قَالَ أَنتُمْ شَرٌّ مَّكَانًا ۖ وَٱللَّهُ أَعْلَمُ بِمَا تَصِفُونَ ﴿٧٧﴾
Yusifin qardaşları dedilər: "Əgər o oğurlayıbsa, burada təəccüblü bir şey yoxdur, bundan əvvəl onun qardaşı da oğurluq etmişdi". Onlar bu sözlə Yusifi -Əleyhis-salam- qəsd edirdilər. Yusuf onların söylədikləri bu sözün acısını içində gizlədib onlara büruzə vermədi və öz-özünə: "Siz etdiyiniz həsəd və pis əməllərinizə görə Allah qatında daha pis mövqeydəsiniz. Uca Allah mənə yaxdığınız bu iftiranı daha yaxşı biləndir" – dedi.