Muxtəsər təfsir
أَفَمَن يَعْلَمُ أَنَّمَآ أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ ٱلْحَقُّ كَمَنْ هُوَ أَعْمَىٰٓ ۚ إِنَّمَا يَتَذَكَّرُ أُو۟لُوا۟ ٱلْأَلْبَـٰبِ ﴿١٩﴾
Ey Peyğəmbər! Allahın sənə nazil etdiyinin haqq olduğunu, onda heç bir şəkk-şübhə olmadığını bilən, Allahın dəvətinə icabət edən mömin kimsə, kora olan, Allahın dəvətinə icabət etməyən kafir ilə əsla eyni dərəcədə ola bilməz. Bundan ancaq sağlam ağıl sahibləri düşünüb ibrət alarlar!