Muxtəsər təfsir
وَيَقُولُ ٱلَّذِينَ كَفَرُوا۟ لَوْلَآ أُنزِلَ عَلَيْهِ ءَايَةٌ مِّن رَّبِّهِۦ ۗ قُلْ إِنَّ ٱللَّهَ يُضِلُّ مَن يَشَآءُ وَيَهْدِىٓ إِلَيْهِ مَنْ أَنَابَ ﴿٢٧﴾
Allaha və Onun ayələrinə küfr edənlər deyirlər: "Kaş, Muhəmmədin doğruluğuna dəlalət edən ona Rəbbindən bir hissi möcüzə nazil ediləydi və bizdə bu möcüzəni görüb ona iman gətirəydik?" Ey Peyğəmbər! Bu düşüncədə olan kimsələrə de: "Şübhəsiz ki, Allah istədiyini öz ədaləti ilə azdırır və tövbə edib Ona üz tutan kimsəni Öz lütfü ilə doğru yola yönəldir. Allahın mövcüzə endirməsi səbəbi ilə kiminsə hidayətə gəlməsi heç də onların əlində olan bir iş deyildir, hidayət yalnız Allahın əlindədir!".