Muxtəsər təfsir
مَّثَلُ ٱلْجَنَّةِ ٱلَّتِى وُعِدَ ٱلْمُتَّقُونَ ۖ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ ۖ أُكُلُهَا دَآئِمٌ وَظِلُّهَا ۚ تِلْكَ عُقْبَى ٱلَّذِينَ ٱتَّقَوا۟ ۖ وَّعُقْبَى ٱلْكَـٰفِرِينَ ٱلنَّارُ ﴿٣٥﴾
Allahın əmrlərini yerinə yetirib qadağalarından çəkinən müttəqilərə Allahın vəd etdiyi Cənnətin vəsfi belədir: onun qəsrləri və ağacları altından çaylar axar, dünya meyvələrinin tam əksi olaraq orada olan meyvələr heç vaxt zaval olmayan, davamlıdır, kölgəsi də daimidir, əsla yox olmaz və yaxud qısalmaz. Bu gözəl aqibət , Allahın əmrlərini yerinə yetirib qadağalarından çəkinən müttəqilərə aiddir. Kafirlərin aqibəti isə içərisində əbədi qalacaqları Cəhənnəm atəşidir.