Muxtəsər təfsir
وَكَذَٰلِكَ أَنزَلْنَـٰهُ حُكْمًا عَرَبِيًّا ۚ وَلَئِنِ ٱتَّبَعْتَ أَهْوَآءَهُم بَعْدَ مَا جَآءَكَ مِنَ ٱلْعِلْمِ مَا لَكَ مِنَ ٱللَّهِ مِن وَلِىٍّ وَلَا وَاقٍ ﴿٣٧﴾
Ey Peyğəmbər! Biz əvvəlki kitabları hər qövmün öz dillərində nazil etdiyimiz kimi, Quranı da sənə haqqı açıq-aydın bəyan edən ərəbcə bir kitab olaraq nazil etdik. Ey Peyğəmbər! Əgər Allahın sənə öyrətdiyi bu elm gəldikdən sonra Kitab əhlinin nəfislərinə xoş gəlməyən hökmləri Qurandan silmək istəklərinə tabe olsan, səni Allahdan başqa işlərinə nə himayə edən, düşmənlərin üzərində qələbə çalmağa sənə yardım nə edən və nə də ki, səni Allahın əzabından qoruyan heç bir köməkçin yoxdur!