×
إبراهيمAyə 11

Muxtəsər təfsir

قَالَتْ لَهُمْ رُسُلُهُمْ إِن نَّحْنُ إِلَّا بَشَرٌ مِّثْلُكُمْ وَلَـٰكِنَّ ٱللَّهَ يَمُنُّ عَلَىٰ مَن يَشَآءُ مِنْ عِبَادِهِۦ ۖ وَمَا كَانَ لَنَآ أَن نَّأْتِيَكُم بِسُلْطَـٰنٍ إِلَّا بِإِذْنِ ٱللَّهِ ۚ وَعَلَى ٱللَّهِ فَلْيَتَوَكَّلِ ٱلْمُؤْمِنُونَ ﴿١١﴾

Peyğəmbərləri onlara cavab olaraq belə dedilər: "Biz də si­zin kimi bir insanıq. Biz bu işdə sizinlə eyni olduğumuzu inkar etmirik. Bizim, sizin kimi bir insan olmağımız heç də bütün işlərdə sizinlə eyni dərəcədə olmağımız anlamında deyil. Uca Allah qul­la­rından is­tə­diyinə xüsusi olaraq nemət bəxş edir və onlar içərisindən seçib insanlara elçi göndərir. Alla­hın istəyi ol­ma­dan biz, sizin bizdən tələb etdiyiniz heç bir dəlili gətirə bilmərik. Çünki sizə hər hansı bir dəlili gətirmək bizim ixtiyarımızda olan bir iş deyil. Əksinə, buna yalnız Allah qadirdir. Elə buna görə də mö­minlər bütün işlərində yalnız Alla­ha təvək­kül etsinlər!".