×
إبراهيمAyə 17

Muxtəsər təfsir

يَتَجَرَّعُهُۥ وَلَا يَكَادُ يُسِيغُهُۥ وَيَأْتِيهِ ٱلْمَوْتُ مِن كُلِّ مَكَانٍ وَمَا هُوَ بِمَيِّتٍ ۖ وَمِن وَرَآئِهِۦ عَذَابٌ غَلِيظٌ ﴿١٧﴾

İrinli-qanlı suyun acılığının, hərarətinin və üfunətli iyinin şiddətindən dolayı zorla, özünü məcbur edərək onu qurtum-qurtum içməyə çalışacaq, amma onu uda bilmə­yəcək­dir. Üz verən əzabın şiddətindən ona ölüm hər yandan gələ­cək, lakin o, ölüb canını bu dəhşətli əzabdan qurtarıb, rahat ola bilməyəcəkdir. Əksinə, sağ qalıb əzabdan ah-nalə çəkəcəkdir. Qarşısında onu gözləyən dəhşətli başqa bir də əzab olacaqdır.