Muxtəsər təfsir
وَأَنذِرِ ٱلنَّاسَ يَوْمَ يَأْتِيهِمُ ٱلْعَذَابُ فَيَقُولُ ٱلَّذِينَ ظَلَمُوا۟ رَبَّنَآ أَخِّرْنَآ إِلَىٰٓ أَجَلٍ قَرِيبٍ نُّجِبْ دَعْوَتَكَ وَنَتَّبِعِ ٱلرُّسُلَ ۗ أَوَلَمْ تَكُونُوٓا۟ أَقْسَمْتُم مِّن قَبْلُ مَا لَكُم مِّن زَوَالٍ ﴿٤٤﴾
Ey Peyğəmbər! İnsanları Qiyamət günü onlara üz verəcək Allahın əzabı ilə qorxut. O gün, Allaha küfür edib, Ona şərik qoşaraq öz nəfslərinə zülüm edənlər deyəcəklər: "Ey Rəbbimiz! Bizə bir az möhlət ver, əzabı bizə bir qədər gecikdir, qısa bir müddət də olsa bizi dünyaya qaytar Sənə iman edək və bizə göndərdiyin elçilərin arxasınca gedək!" Onlara məzəmmət olaraq belə deyiləcəkdir: "Məgər siz öldükdən sonra yenidən diriləcəyinizi inkar edərək, siz əsla dünya həyatından axirət həyatına köçməyəcəyinizə dair dünya da ikən and içməmişdinizmi?!