Muxtəsər təfsir
وَإِذْ قَالَ مُوسَىٰ لِقَوْمِهِ ٱذْكُرُوا۟ نِعْمَةَ ٱللَّهِ عَلَيْكُمْ إِذْ أَنجَىٰكُم مِّنْ ءَالِ فِرْعَوْنَ يَسُومُونَكُمْ سُوٓءَ ٱلْعَذَابِ وَيُذَبِّحُونَ أَبْنَآءَكُمْ وَيَسْتَحْيُونَ نِسَآءَكُمْ ۚ وَفِى ذَٰلِكُم بَلَآءٌ مِّن رَّبِّكُمْ عَظِيمٌ ﴿٦﴾
Ey Peyğəmbər! Yadına sal ki, bir zaman Musa Rəbbinin əmrinə tabe olub, qövmü İsrail oğullarına Allahın onlara verdiyi nemətləri özlərinə xatırlataraq belə dedi: "Ey Qövmüm! Allahın sizi Firon ailəsindən qurtardığını, sizi onların şərindən və onların sizə dəhşətli əzab dadırmalarından sizi xilas edərək, sizə bəxş etdiyi nemətini xatırlayın. Çünki onlar, sizdən kiminsə Fironun səltənətinə sahib çıxmaması üçün dünyaya gələn oğlan uşaqlarınızı öldürür, qadınlarınızı isə zəlil edib, alçaltmaq üçün sağ buraxırdılar. Onların bu etdikləri əməllərə səbir etməniz sizin üçün böyük bir imtahan idi. Uca Allah bu müsibətə səbir etdiyinizə görə, sizi Firon ailəsinin şərindən xilas etməklə mükafatlandırdı!".