Muxtəsər təfsir
وَلَقَدْ جَعَلْنَا فِى ٱلسَّمَآءِ بُرُوجًا وَزَيَّنَّـٰهَا لِلنَّـٰظِرِينَ ﴿١٦﴾
Biz, insanların səfərdə ikən səhra və dənizin zülmətlərində yolu tapmaları üçün səmada əzəmətli ulduzlar yaratdıq və onların bununla uca Allahın qüdrətini dərk etsinlər deyə, göy üzünü səmaya baxan insanlar üçün ulduzlarla bəzədik.