×
الحجرAyə 8

Muxtəsər təfsir

مَا نُنَزِّلُ ٱلْمَلَـٰٓئِكَةَ إِلَّا بِٱلْحَقِّ وَمَا كَانُوٓا۟ إِذًا مُّنظَرِينَ ﴿٨﴾

Uca Allah, onların mələklərin gəlməsi haqqında irəli sürdükləri fikirlərinə cavab olaraq belə buyurdu: "Biz mələkləri ancaq əzabla həlak olma vaxtınız yetişdikdə, müəyyən hikmət üçün endiri­rik. Əgər Biz, mələkləri göndərsək və onlar bundan sonra da iman gətirməsələr, bu za­man kafirlərə möhlət ve­ril­məz. Əksinə, əzab onlara daha tez bir vaxta gələr!"