×
النحلAyə 103

Muxtəsər təfsir

وَلَقَدْ نَعْلَمُ أَنَّهُمْ يَقُولُونَ إِنَّمَا يُعَلِّمُهُۥ بَشَرٌ ۗ لِّسَانُ ٱلَّذِى يُلْحِدُونَ إِلَيْهِ أَعْجَمِىٌّ وَهَـٰذَا لِسَانٌ عَرَبِىٌّ مُّبِينٌ ﴿١٠٣﴾

Biz müşriklərin: "Quranı Muhammədə (sallallahu aleyhi və səlləm) bir in­san öyrədir!" – de­dik­lə­ri­ni bi­lirik. Halbuki onla­r ortaya atdıqları bu iddialarında yalançıdırlar. Peyğəmbərə Quranı öyrətdiyini istinad et­dik­ləri şəx­sin dili əcnəbi dil­dir. Bu Quran isə açıq-aydın, bəlağətli və fəsahətli ərəb dilində nazil edilmişdir. Axı belə olduğu təqdirdə, onlar, Peyğəmbərə (sallallahu aleyhi və səlləm) Quranı bir əcnəbi öyrətdiyini necə iddia edirlər?!