Muxtəsər təfsir
يَوْمَ تَأْتِى كُلُّ نَفْسٍ تُجَـٰدِلُ عَن نَّفْسِهَا وَتُوَفَّىٰ كُلُّ نَفْسٍ مَّا عَمِلَتْ وَهُمْ لَا يُظْلَمُونَ ﴿١١١﴾
Ey Peyğəmbər! Qiyamətin dəhşətindən hər bir kəsin başqasını deyil yalnız öz canını qurtarmaq üçün çalışacağı bir günü xatırla. O gün hər kəsə etdiyi xeyir və şər əməllərin əvəzi tam veriləcək və onlara etdikləri yaxşı əməllərini naqis edilməklə və ya etdikləri günahları artırmaqla zülm edilməyəcəkdir!