×
النحلAyə 120

Muxtəsər təfsir

إِنَّ إِبْرَٰهِيمَ كَانَ أُمَّةً قَانِتًا لِّلَّهِ حَنِيفًا وَلَمْ يَكُ مِنَ ٱلْمُشْرِكِينَ ﴿١٢٠﴾

Həqiqətən, İbrahim - aleyhissəlam - bütün yaxşı cəhətləri, gözəl xüsusiyyətləri özündə cəmləşdirən, davamlı olaraq Rəbbinə ibadət və itaət edən, bütün dinlərdən üz çevirib yalnız İslama yönələn və heç bir zaman müş­riklərdən olmayan bir kimsə idi.