Muxtəsər təfsir
وَإِنْ عَاقَبْتُمْ فَعَاقِبُوا۟ بِمِثْلِ مَا عُوقِبْتُم بِهِۦ ۖ وَلَئِن صَبَرْتُمْ لَهُوَ خَيْرٌ لِّلصَّـٰبِرِينَ ﴿١٢٦﴾
Əgər düşməninizi cəzalandırmaq istəsəniz, sizə nə cəza verilibsə, siz də ona eynilə, cəzaya heç bir ziyadə etmədən, həmin cəzanı verin. Əgər cəza verməyə qadir olduğunuz bir halda, səbir edib, onu cəzalandırmaqdan vaz keçsəniz, bu, səbir edən kimsələr üçün sizə cəza verəni cəzalandırıb intiqam almaqdan daha xeyirlidir.