Muxtəsər təfsir
وَإِن تَعُدُّوا۟ نِعْمَةَ ٱللَّهِ لَا تُحْصُوهَآ ۗ إِنَّ ٱللَّهَ لَغَفُورٌ رَّحِيمٌ ﴿١٨﴾
Ey İnsanlar! Əgər Allahın sizə bəxş etdiyi saysız-hesabsız nemətlərini sayıb-sadalamağa çalışsanız, bu nemətlərin çoxlu və müxtəlif olduğu səbəbdən onları sayıb qurtara bilməzsiniz. Siz bu nemətlərə şükür etməkdən qafil olduğunuza rəğmən, Allah yenə də sizə qarşı bağışlayandır. Günahlarınıza və Ona lazımınca şükür etmədiyinizə görə sizdən bu nemətləri almamaqla yenə də sizə qarşı mərhəmətlidir!