×
النحلAyə 28

Muxtəsər təfsir

ٱلَّذِينَ تَتَوَفَّىٰهُمُ ٱلْمَلَـٰٓئِكَةُ ظَالِمِىٓ أَنفُسِهِمْ ۖ فَأَلْقَوُا۟ ٱلسَّلَمَ مَا كُنَّا نَعْمَلُ مِن سُوٓءٍۭ ۚ بَلَىٰٓ إِنَّ ٱللَّهَ عَلِيمٌۢ بِمَا كُنتُمْ تَعْمَلُونَ ﴿٢٨﴾

Ölüm mələyi və onun mələklərdən olan köməkçiləri, Allaha küfr edib öz nəfslərinə zülm edən kim­sələrin canını aldıq­da, özlərinə gələn ölümə təslim olub, boyun əyər və inkar etməylərinin özlərinə fayda verəcəyini zənn edərək, dünya həyatında etdikləri küfür və asilikləri inkar edəcəklər. On­­la­ra: "Yalan söyləyirsiniz. Siz Allaha qarşı asiliklər etdiyiniz zaman kafir idiniz. Şübhəsiz ki, Allah sizin dünyada nələr et­diyinizi bi­lir. Əməllərinizdən Ona heç bir şey gizli qalmaz. O, etiyiniz əməllərin qarşılığını verəcəkdir!" – deyiləcəkdir.