×
النحلAyə 3

Muxtəsər təfsir

خَلَقَ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ بِٱلْحَقِّ ۚ تَعَـٰلَىٰ عَمَّا يُشْرِكُونَ ﴿٣﴾

Uca Allah göyləri və yeri daha öncə belə bir yaradılış olmadan, misilsiz bir şəkildə, haqq olaraq yarat­mışdır. Allah bunları əbəs yerə yaratmadı. Əksinə, Allah bunları, Onun nə qədər əzəmətli olduğuna əyani bir sübut olması üçün yaratdı. Allah müş­riklə­rin Ona qoş­duqları şə­riklərdən ucadır!