×
النحلAyə 31

Muxtəsər təfsir

جَنَّـٰتُ عَدْنٍ يَدْخُلُونَهَا تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ ۖ لَهُمْ فِيهَا مَا يَشَآءُونَ ۚ كَذَٰلِكَ يَجْزِى ٱللَّهُ ٱلْمُتَّقِينَ ﴿٣١﴾

Müttəqilər üçün qəsirləri və ağacları altından caylar axan, içərisinə daxil olub, orada qərar tutaraq, əbədi qalacaqları cən­nətlər vardır. Üstəlik, bu Cənnətlərdə onlar üçün ürəklərindən keçən yeməklər, içkilər və daha neçə-neçə ağıla gəlməyən, tükənməz nemətlər vardır. Uca Allah, Muhamməd Peyğəmbərin (sallallahu aleyhi və səlləm) ümmətindən olan müttəqilərə bəxş edilən bu mükafatın, eynisini keçmiş ümmətlərdən olan müt­tə­qilərədə vermişdir.