Muxtəsər təfsir
وَمَا بِكُم مِّن نِّعْمَةٍ فَمِنَ ٱللَّهِ ۖ ثُمَّ إِذَا مَسَّكُمُ ٱلضُّرُّ فَإِلَيْهِ تَجْـَٔرُونَ ﴿٥٣﴾
Ey İnsanlar! Sahib olduğunuz dini və dünyavi bütün nemətlərin hamısı yalnız tək Allahdandır. Sonra sizə bir bəla, xəstəlik yaxud yoxsulluq üz verdikdə, başınıza gələn bu müsibətdən sizi qurtarmaq üçün yalnız Ona dua edərək yalvarırsınız. Nemətləri bəxş edən, bəlaları sovuşduran kimdirsə, tək ibadət edilməyə layiq olan da elə Odur!