×
النحلAyə 56

Muxtəsər təfsir

وَيَجْعَلُونَ لِمَا لَا يَعْلَمُونَ نَصِيبًا مِّمَّا رَزَقْنَـٰهُمْ ۗ تَٱللَّهِ لَتُسْـَٔلُنَّ عَمَّا كُنتُمْ تَفْتَرُونَ ﴿٥٦﴾

Müşriklər, heç nə dərk et­mək qabi­liyyətində ol­mayan bütlərə – onlar cansız varlıq olduqlarına görə fayda və zərər verə bilməzlər – yaxınlaşmaq məqsədi ilə özlərinə verdiyi­miz ruzi­dən, onlara pay ayı­rırlar. Ey Müşriklər! Allaha and ol­sun ki, bu bütlərin ilah olduqlarına və onların mallarınızdan bir qisim haqqları olduğuna dair atdı­ğı­nız iftiralara görə qiyamət günü müt­ləq sorğu-sual olunacaqsınız!