Muxtəsər təfsir
وَإِذَا بُشِّرَ أَحَدُهُم بِٱلْأُنثَىٰ ظَلَّ وَجْهُهُۥ مُسْوَدًّا وَهُوَ كَظِيمٌ ﴿٥٨﴾
O müşriklərdən birinə qızı uşağının doğulduğunu xəbər verilsə, özünə verilən xəbərin kədərinin şiddətindən üzü qapqara qaralır, qəlbi qəm-qüssə ilə dolur. Sonra da bu kimsə, özü üçün razı olmadığı bir şeyi Uca Allaha nisbət edir!