Muxtəsər təfsir
وَيَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ مَا لَا يَمْلِكُ لَهُمْ رِزْقًا مِّنَ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ شَيْـًٔا وَلَا يَسْتَطِيعُونَ ﴿٧٣﴾
Müşriklər Allahı buraxıb onlara göylərdən və yerdən ruzi verməyə gücləri çatmayan bütlərə ibadət edirlər. O bütlər əsla buna sahib ola bilməzlər. Çünki onlar yaşamayan və ətrafındakıları eşidib görməyən cansız bir varlıqlardır.