×
النحلAyə 80

Muxtəsər təfsir

وَٱللَّهُ جَعَلَ لَكُم مِّنۢ بُيُوتِكُمْ سَكَنًا وَجَعَلَ لَكُم مِّن جُلُودِ ٱلْأَنْعَـٰمِ بُيُوتًا تَسْتَخِفُّونَهَا يَوْمَ ظَعْنِكُمْ وَيَوْمَ إِقَامَتِكُمْ ۙ وَمِنْ أَصْوَافِهَا وَأَوْبَارِهَا وَأَشْعَارِهَآ أَثَـٰثًا وَمَتَـٰعًا إِلَىٰ حِينٍ ﴿٨٠﴾

Uca Allah daşlardan və başqa şeylərdən düzəltdiyiniz evlərinizdə sizə rahatlıq verdi. Sizlər üçün dəvə, inək və qoyun dərilərindən, şəhərdəki evlər kimi, çöllərdə qurulan çadırlar və evlər etdi. Səfərdə ikən dərilərdən qurduğunuz bu evləri bir tərəfdən başqa bir tərəfə aparmaq və istədiyiniz vaxtı bu evləri qurub dağıtmaq sizə çoz rahat gəlir. Ustəlik də sizin üçün qoyunun yunundan, dəvənin tükün­dən və keçinin qılından müəy­­yən vaxta qədər is­tifadə edə­cəyi­niz ev əşyaları, geyib, örtük və başqa şey­lər dü­zəltdi.