×
النحلAyə 84

Muxtəsər təfsir

وَيَوْمَ نَبْعَثُ مِن كُلِّ أُمَّةٍ شَهِيدًا ثُمَّ لَا يُؤْذَنُ لِلَّذِينَ كَفَرُوا۟ وَلَا هُمْ يُسْتَعْتَبُونَ ﴿٨٤﴾

Ey Peyğəmbər! Uca Allahın hər bir qövmdən iman edənlərin imanına, küfür edənlərində küfürlərinə şahidlik etmək üçün göndərdiyi peyğəmbərləri şahid gətirəcəyi günü xatırla. Bundan sonra kafirlərə etdikləri günahlara görə üzr­xahlıq etməyə və bir daha dünyaya qayıdıb Rəbbini razı salacaq əməllər etmələrinə izin verilmə­yəcəkdir. Axirət yurdu, əməl etmək yurdu deyil, haqq-hesab yurdudur.