×
الإسراءAyə 21

Muxtəsər təfsir

ٱنظُرْ كَيْفَ فَضَّلْنَا بَعْضَهُمْ عَلَىٰ بَعْضٍ ۚ وَلَلْـَٔاخِرَةُ أَكْبَرُ دَرَجَـٰتٍ وَأَكْبَرُ تَفْضِيلًا ﴿٢١﴾

Ey Peyğəmbər! İnsanların günahkar və ya saleh olmasından aslı olmayaraq dünyada ikən onla­rın birini di­gərindən var-dövlət, cah-cəlal və san-şöhrət baxımından necə üstün etdyimizə bir fikir ver. Axirətdə verilən nemətlər isə dünya həyatında verilən nemətlərdən dərəcə baxımından daha fərqli və daha böyükdür. Elə isə qoy mömin kimsə, axirət nemətlərinə nail olmaq üçün daha çox həris olsun!