Muxtəsər təfsir
وَءَاتِ ذَا ٱلْقُرْبَىٰ حَقَّهُۥ وَٱلْمِسْكِينَ وَٱبْنَ ٱلسَّبِيلِ وَلَا تُبَذِّرْ تَبْذِيرًا ﴿٢٦﴾
Ey Mömin! Qohuma, yoxsula, azüqəsi tükənib yarı yolda qalmış müsafirə haqqını ver. Allahın sənə bəxş etdiyi malı, Allaha asi olan şeylərə və ya israf edərək gərəksiz yerə sərf etmə!